Sign In

Login

Forgot your password?

Create Account

Register

Audi şirkətindən 340 a.g. sahib yeni SQ5 TDI plus modeli

Audi avtomobil konserni məhşur dizel SQ5 TDİ mühərrik paketinə "plus" sözünü artırmaqla onun gücünü 340 a.g. çatdırdı.

Orijinal SQ5 TDİ 2012-ci ildə güclü dizel mühərrikinə sahib krossover hesab edilirdi. Bu model, 3.0-litrlik TDİ 313 a.g. ikili turbo mühərrikə sahibdir. Hal-hazırda isə Audi yenilənmiş konfiqurasiyaya və daha güclü mühərrikə sahib "plus" versiyasını təqdim etdi. Bu model 6-silindirli 340 a.g. verən mühərrikə sahibdir. İnjektor təzyiqinin artırılması ilə bu model İspaniyada təqdim edilən yarış üçün hazırlanmış 326 a.g. SQ5 modelindən daha güclüdür.

Buna baxmayaraq, avtomobil eyni ilə 100 km/saat sürətini cəmi 5.1 saniyə ərzində tamamlayır. Bu zaman elektriklə tənzimlənən maksimal sürət 250 km/saat təşkil edir. Eyni dizel yanacaqlı TDi mühərrikinə sahib avtomobil 100 km məsafəyə cəmi 6.6-litr yanacaq sərf edir.

S modelində olduğu kimi, bu model də, standart tam ötürücü sisteminə və Q5 modelində ilk dəfə olaraq, təkərlər arasında dövr anını tənzimləyən idman diferensialına sahib olub. Yüksək performansa sahib dizel mühərrikli krossover üzəri 255/40 R1 təkər şinləri ilə örtülmüş 21-dyumluq Audi Sport təkər disklərinə sahib olub.

Standart "Audi SQ5 TDI plus" modeli Almaniyada 67.700 avro qiymətindən satışa çıxarılacağı gözlənilir. Əlavə opsiyalara sahib paketin dəyəri isə 12,000 avrodur.

Mənbə: Audi

Paylaşma

Facebook Comments

Bütün elanlar

  • within hour0
  • within day0
  • added cars total45

Archives

Son xəbərlər

Bizimlə əlaqə

Copyright © 2014. Bütün hüquqlar qorunur.

Developed by ThemeMakers