Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yüngül kuzaya və 500 a.g. sahib 911 GT3 R yarış avtomobili

Porsche şirkəti özünün yeni 911 GT3 RS modelinin, 911 GT3 R yarış versiyasını hazırladı.

Yüngül alyuminium tipli kompozit konstruksiyalı kuza paketinə və dama sahibdir. Ön kapot, təkər arkaları, qapıları, yan və arxa hissələri isə karbon lifli kompozit materialdan hazırlanıb. Bütün pəncərələri və ilk dəfə olaraq, alın şüşəsi polikarbonatdan ibarətdir.

8.3 sm-lik təkər bazası sayəsində yeni GT3 R tənzimlənmiş ağırlıq mərkəzi ilə hazırlanır. Həmçinin, avtomobildə aerodinamik göstəricini yaxşılaşdırmaq məqsədi ilə onun ön təkər arkalarının ventilyasiya arakəsmələri ön tərəfə düşən ağırlıq qüvvəsini artırır, arxa tərəfdə quraşdırılan qalın spoyler isə aerodinamik balansı təmin edir. 911 RSR modelinin "böyük qardaşı" sayılan GT3 R mərkəzləşdirilmiş radiatora sahib olub. Bundan başqa, radiator çox yüksək səviyyədə zərbədən qorunur və soyudulması üçün ön kapotun üzərindəki arakəsmələr daha da, təkmilləşdirilmişdir.

Avtomobil 4.0-litrlik 6-silindirli 6-pilləli ötürücü qutusu ilə təchiz edilmiş mühərrikə sahib olub. Bütün bu təkmilləşdirmələrdən sonra avtomobilin maksimal gücü 500 a.g. təşkil edir.

Avtomobil yenilənmiş 6-porşenli, alyuminium tipli yarış əyləc sistemi ilə təchiz edilib. Yeni Porsche 911 GT3 R satış qiyməti 487,644 ABŞ dolları civarında müəyyən edilib.

Mənbə: Porsche

Paylaşma

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say6

Archives

Son xəbərlər

Bizimlə əlaqə

Copyright © 2015 - 2018. Copyright © 2014. Bütün hüquqlar qorunur.

Developed by ThemeMakers