Sign In

Login

Forgot your password?

Create Account

Register

Yeni Toyota PRADO modelinin təqdimatı

TOYOTA Bakı mərkəzinin təşkilatçılığı ilə yeni "Land Cruiser PRADO" modelinin təqdimatı baş tutmuşdur. Təqdimatda avtomobilin eksteryeri, interyeri və ümumiyyətlə TOYOTA modellərinin yaranışı və uğurlarından danışılıb.

Tədbirdə qeyd edilib ki, dünyanın 190-dan çox ölkəsində mövcud TOYOTA modelləri içərisində, Land Cruiser öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və etibarlı "4x4"-lərdən biri kimi ön plana çıxmış, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olmuşdur.

Yeni Land Cruiser daha müasir, möhkəm və yeni xarici görünüşü, bununla yanaşı, daha da təkmilləşdirilmiş, rahat və yüksək keyfiyyətli interyer dizaynı, həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır.

Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar paneli özündə 8 düym olan "Toyota Touch® 2" multi-media sistemi, Optitron spidometri, 4.2 dyümlük multi-informasiya displeyini birləşdirir.

Maşının içindəki rahatlıq - ön oturacaqlardakı vetilyasiya, arxa oturacaqların qızdırılması, avtomatik klimat-kontrol və yeni smart açar sayəsində daha da artırılıb.

Yeni Land Cruiser-in yolsuzluq qabiliyyətləri üç arxa  diferensial seçimi sayəsində daha da genişlənmişdir - açıq, qapalı və ya yeni Torsen Yüksək Sürtünmə Diferensialı (YSD).

Dairəvi-görüntü seçmə sistemi (DGS), 5-pilləli Yolsuzluq Şəraitində İdarəetməyə Kömək Sistemini avtomatik aktivləşdirən AUTO rejimin əlavə edilməsilə inkişaf etdirilib. Bundan başqa Dairəvi-görüntü Monitorunun funksiyaları - Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa Görüntüsü displeyi əlavə edilməklə artırılıb.

DAHA DİNAMİK, MÜASİR VƏ MÖHKƏM TƏRZ

  • Modelin unikal dizayn irsindən ilhamlanmış yeni ön dizaynı
  • Praktiklik, Davamlılıq və Bacarıqlılığın əsas güclü tərəflərinin saxlanılması
  • Modelin yolsuzluq bacarıqlarını təmin edən "funksiyalara uyğun forma" dizaynı

Yeni Land Cruiser-in ümumi uzunluğu 60 mm artırılmaqla 4.840 mm olmuşdur. Yalnız 5.8 metrlik minimum dönmə dairəsi ilə müstəsna manevr qabiliyyətinə malikdir.

Yeni dizayn edilmiş kapot, radiator qəfəsi, işıqlar, ön bamper və qoruyucular ilə Land Cruiser-in ön hissəsi özünəməxsus dizayn irsindən bir neçə elementi özündə əks etdirir.

Yeni Land Cruiser modeli 10 rəng seçimi ilə təklif edilir. O cümlədən iki yeni rəngdə - "Midnight Emerald Blue" və "Avant-Garde Bronze Metallic".

YÜKSƏK KEYFİYYƏTLİ İNTERYER

  • Sürücü paneli, mərkəzi konsol və sükanın yenilənmiş dizaynı
  • Salonun daha zərif, premium keyfiyyətli üzlənməsi və dizaynı

YENİ LAND CRUİSER-İN İNTERYERİ - Sürücü paneli və mərkəzi konsolu özünə daxil edən təkmilləşdirilmiş cihazlar panelinə malikdir. O, özündə daha yaxşı funksionallığı yüksək keyfiyyətli yolsuzluq avtomobilinə uyğun zərif dizaynı birləşdirir.

Sükanın özü də yenilənib və indi Land Cruiser V8 modelləri ilə eynidir.

Yeni Land Cruiser-in interyeri iki rəng seqmentinə malikdir - qara və yeni premium-bej rəngi. Salonun üzlənməsi və dizaynı onun premium görünüşünü tamamlayır, gümüşü rəngi mərkəzi konsolun rənginə uyğunlaşdırılıb.

Ümumiyyətlə yeni Land Cruiser PRADO modeli öz sinfinin ən yaxşı avtomobilinə çevrilib.

  • Hamısını göstər
  • Toyota Land Cruiser PRADO

Paylaşma

Facebook Comments

Bütün elanlar

  • within hour0
  • within day0
  • added cars total40

Archives

Son xəbərlər

Bizimlə əlaqə

Copyright © 2014. Bütün hüquqlar qorunur.

Developed by ThemeMakers